AZ

Maradonanın cənazəsini köçürmək istəyirlər

style='margin-bottom:10px;'>

2020-ci ildə dünyasını dəyişən əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın övladları atalarının cənazəsinin daha təhlükəsiz yerə köçürmək istəyirlər.

QOL.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Onlar artıq bunun üçün məhkəməyə müraciət ediblər. 

Maradonanın övladları onun cənazəsinin Argentina prezidentinin rəsmi iqamətgahının arxasında yerləşən məqbərəyə köçürülməsini istəyirlər.

Hazırda keçmiş futbolçunun cənazəsi Buenos-Ayresin kənarında, şəxsi qəbiristanlıqda yerləşir. Bu qəbiristanlıqda onu yalnız ailə üzvləri ziyarət edə bilər. Həmçinin Maradonanın övladları onun cənazəsini məqbərəyə köçürməklə başqa insanlara da əfsanəvi futbolçu ilə vidalaşmaq imkanı vermək istəyirlər.

Xatırladaq ki, Maradona 60 yaşında infarktdan dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla