AZ

Tovuza Sumqayıtdan 100 azarkeş gedəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Misli premyer liqasının başa çatmasına 4 tur qalıb.

Avrokuboklara qalan üç vəsiqə uğrunda mübarizə aparan 4 komandadan biri də “Sumqayıt”dı. Samir Abasovun yetirmələri 50 xalla 2-ci pillədə qərarlaşıb. 33-cü turun açılış oyununda “Kəpəz” “Sumqayıt”la qarşılaşacaq.

Tovuzda keçiriləcək oyunda “Kəpəz”ə müəyyən azarkeş dəstəyinin olacağı şübhə doğurmur. Bəs “Sumqayıt”da bu baxımdan vəziyyət necədi?

“Kimyaçılar” azarkeş qrupunun rəhbəri Sənan Mirzəyev:

“Bəli, həlledici oyunlardan biridi. Həmişə olduğu kimi, “Kimyaçılar” yenə komandanın yanında olacaq. Tovuza 100 nəfərlə getməyi planlaşdırırıq. Pankart asmağı fikirləşməmişəm. Amma “Səbail” və “Qəbələ” ilə olacaq son iki ev oyunumuz üçün xüsusi planlar var”.

ƏSƏD SEYİDOV
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla