AZ

Akif İslamzadədən SƏRT SÖZLƏR: “Qadınlar baldırını, kişilər isə göbəyini açır” - VİDEO

Xalq artisti Akif İslamzadə yeni açıqlaması ilə gündəmi silkələyib.

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində bildirib ki, yerli televiziyalara baxmır.

A.İslamzadə həmkarlarının açıq-saçıq geyimlərini sərt şəkildə tənqid edib:

“Bizim televiziya kanallarına baxmıram. “Yeni il” verilişlərinə baxıram. Ona görə baxıram ki, bəlkə, orada yeni bir səs eşitdim. Mən sənətdə yeni səhifə açanı qəbul edirəm. Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. O klipdə də həmin o qadın müğənni aşağısını, baldırını göstərir, kişi ifaçısı isə köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur”.
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
Mənbələr
Şərh ()
Bağla