AZ

Bu il Saatlıda 35 təsərrüfatda barama bəsləniləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ötən il baramaçılıqdan yüksək qazanc əldə edən Saatlı kümçüləri cari ildə də ipəkqurdu bəsləmək üçün toxum təhvil götürüblər.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlıdan olan kümçülər bir neçə gündür toxum təhvil alaraq barama bəsləməyə başlayıblar. Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 35 kümçüyə hər birində 20 qram olmaqla, 2 qutu ipəkqurdu toxumu təhvil verilib. Baramaçılığın inkişafı üçün yem bazası kimi mövcud olan tut bağlarından istifadə edilir. Bundan başqa, rayon ərazisində 9300 ədədi Çindən gətirilən, 3655 ədədi ölkədə yetişdirilən olmaqla, 12955 ədəd tut tingi əkilib.


Ötən il Saatlı rayon kümçüləri tərəfindən 1775,3 kiloqram yaş barama təhvil verilib.


Qeyd edək ki, ötən gün Azərbaycanda 2024-cü ilin barama mövsümünə start verilib. Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumu paylanılıb.

Seçilən
77
77
Mənbələr
Şərh ()
Bağla