AZ

Su qıtlığı və problemin həlli yolları

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son zamanlar  baş verən qlobal iqlim dəyişiklikləri, temperaturun artması, buzlaqların əriməsi içməli su ehtiyatlarının azalmasına səbəb olur. Bundan əlavə mövcud meşələrin qırılması,  ağacların qocalması və çürüməsi yaşıllıqların azalmasına gətirib çıxarır. 

Ekoloq Məhərrəm Mehdiyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki,  yağıntıların az düşməsi də   su qıtlığına öz təsirini göstərir: "İçməli su qıtlığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülməlidir. Dağ-dərə zonalarında su qoruyucu bəndlərin tikilməsi su qıtlığının azaldılmasına gətirib çıxara bilər". 

Ekoloq açıqlamasında onu da bildirir ki, rayonlarda içməli su artezian quyularının qazılması  5-10 ildən sonra həmin ərazilərdə su qıtlığının yaranması ilə nəticələnə bilər: "Qeyd edim ki, son zamanlar dəniz suyundan  istifadə ideyası  qaldırılıb. Xəzər dənizində içməli su texnologiyasından istifadə etmək planlaşdırılır. Bu yöndə layihələr hazırlanır və  sonda su qıtlığı artığı halda bu layihələrdən istifadə olunacaq". 

Havar Şəfiyeva

Seçilən
66
66
Mənbələr
Şərh ()
Bağla