AZ

Norveçli səyyah: Qarabağda dağıntılardan sonra yaşayış yerlərinin necə sürətlə ucaldığını gördüm

Qarabağda infrastrukturun necə bərpa olunduğunu gördüm və proses davam edir.

Bu barədə APA-ya Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən norveçli səyyah Tomas Kristoffersen deyib. O azad olunmuş ərazilərdə görülən işlərin miqyasından təəccübləndiyini deyib.

“Bu ana qədər hər şey yaxşıdır, burada maraqlı təcrübə əldə etdim, yerli sakinlərlə görüşdüm. Qarabağda infrastrukturun necə bərpa olunduğunu gördüm və proses davam edir. Burada olmaq insanı özəl hiss etdirir, çünki münaqişədən illər sonra doğma torpaqlarına qayıdan insanları görürük. Bundan başqa, dağıntılardan sonra binaların, yaşayış yerlərinin necə sürətlə ucaldığını görürük.

O qeyd edib ki, ərazidə məktəblər, hava limanları və s. infrastruktur inşa olunur.

“Bütün bunları görmək xoşdur”, - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
apa.az

1Mənbələr

Şərh ()
Bağla