AZ

UNICEF: Rəfahda 600 mindən çox uşaq əziyyət çəkir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Rəfaha qurudan edilən hücumun böyük bir fəlakətə səbəb olacağı xəbərdarlığı edərək, oradakı 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

“Rəfahdakı 12 xəstəxanadan 3-ü hazırda qismən fəaliyyət göstərir və hücum halında bunlar qısa müddətdə sıradan çıxacaq”, - deyə o bildirib.

Fərhan Haq UNICEF-in Rəfaha quru hücumunun böyük fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq etdiyini, UNICEF-in icraçı direktoru Ketrin Rasselin orada 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq