AZ

Messinin gəlişindən sonra “İnter Mayami”nin büdcəsi artıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Argentinalı superulduz Lionel Messinin gəlişindən sonra ABŞ-nin “İnter Mayami” klubunun büdcəsi 130 milyon dollara yüksəlib.

“Report” xəbər verir ki, bu barədə MLS təmsilçisinin baş meneceri Xavyer Asensi EFE-yə açıqlamasında bildirib.

O, Messinin gəlişindən sonra klubun büdcəsinin 60 milyondan 125-130 milyon dollara qədər yüksəldiyini söyləyib: “Leo sizi növbəti səviyyəyə aparır. Mövqeyimizdən çox razıyıq. Komandamız və görülən işlərlə fəxr edirik. Messinin gəlişi ilə klubun büdcəsi 60 milyon dollardan 125-130 milyon dollara yüksəlib. Bu il isə dövriyyəmizin 200 milyon və ya daha çox olacağını gözləyirəm. Bu, böyük məbləğdir”.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”nin formasını geyinir.

Seçilən
101
4
1

1Mənbələr

Şərh ()
Bağla