AZ

“Ermənistan cəmiyyətindəki qarşıdurmalar adi hal alıb“- Aytən Qurbanova

"Ermənistan cəmiyyətindəki qarşıdurma artıq uzun müddətdir ki, adi hal alıb".

Politoloq Aytən Qurbanova bunu News365.az-a açıqlamasında deyib.

 "Xüsusilə də, kilsənin “xeyir-duası” ilə aktivləşən revanşist əhval-ruhiyyəli çıxışların əsas hədəfi Paşinyan administrasıdır. Amma bu çıxışların hər hansı bir nəticə verəcəyini və ya Paşinyanın hakimiyyəti üçün ciddi təhlükə yaratmaq ehtimalının olduğunu zənn etmirəm. İlk növbədə onu qeyd etmək lazımdır ki, bugün Paşinyan erməni lobbisinin və Qərbin regional maraqlarının “təmsilçisi” olaraq dəstəklənir və ona görə də, mümkün təhdidlərə qarşı preventiv addımların atılması imkanları mütləq şəkildə var. Digər tərəfdən isə Paşinyan Qərb yönümlü sima olaraq təqdim olunsa da, onun siyasi kursunda əslində Rusiyasız bir Ermənistanın təsəvvür edilmədiyini son paylaşılan ticarət dövriyyəsinə dair hesabatlar da aydın şəkildə nümayiş etdirmiş oldu. Deməli Paşinyan mövcud reallıqda həm Rusiyanın, həm də Qərbin maraqlarını təmin etməklə öz hakimiyyətinə qarşı mümkün xarici təhdidləri nəzarətdə saxlamağa çalışır. Müxalifətin erməni cəmiyyətindəki nüfuzuna nəzər yetirdikdə isə onların təkbaşına hakimiyyət dəyişikliyinə səbəb olacaq addımlar atması real görünmür"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla