AZ

Ermənistanda çağırış: Tavuşdakı etiraz nəticə verməyəcək, İrəvanı almaq lazımdır

Təşkilatçılar mühüm uğur əldə etmək istəyirlərsə, İrəvan Tavuşda kəndlərin verilməsinə qarşı etiraz aksiyasının mərkəzinə çevrilməlidir.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a siyasi strateq Vigen Akopyan deyib.

“Etiraz hərəkatı İrəvana keçirilməsə, o zaman bu aksiyalar bir anda başa çatacaq və elan edilmiş delimitasiya prosesi də unudulacaq”, - ekspert bildirib.

O, əmindir ki, hakimiyyətin hərəkətlərinin qarşısını almaq üçün mübarizənin mərkəzini İrəvana köçürmək lazımdır.

Həmçinin, onun fikrincə, etiraz təşkilatçılarının indi istifadə etdiyi bütün o texnika və üsullar ümumi strategiyanın yalnız bir elementi olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla