AZ

Ermənistanda bayraq qaldırmaq qadağan olunub - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Polis bu kənddə xeyli sayda radikalı saxlayaraq Kirantsa giriş-çıxışı bağlayıb. Polisin kəndlilərə qarşı sərgilədiyi sərt münasibət, ümumilikdə ölkənin digər bölgələrində də aksiyaların güc yoluyla qarşısının alınması siyasətçilər arasında birmənalı qarşılanmır.

Məsələn, keçmiş deputat Arman Abovyan hüquq-mühafizə xidməti əməkdaşlarının son günlər sərgilədikləri davranışlardan heyrətləndiyini söyləyib. O, özünün Facebook profilində maraqlı bir video paylaşaraq yazıb: "Məni belə bir sual maraqlandırır ki, respublikada Ermənistan bayrağının qaldırılması nə vaxtdan və kimin əmri ilə qadağan olnub? Bəlkə ölkədə nə isə dəyişib, amma bizə məlumat verilmir ki, xalqın əhval-ruhiyyə birdən-birə pisləşməsin".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Seçilən
59
Mənbələr
Şərh ()
Bağla