AZ

"Çelsi"nin əsas müdafiəçisi klubdan ayrılır

Londonun "Çelsi" klubunda çıxış edən mərkəz müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirə bilər.

Apasport.az "Globo" nəşrinə istinadla xəbər verir ki, "Fluminense" təcrübəli futbolçu ilə müqavilə imzalamaq istəyir.

Tərəflər artıq danışıqlar prosesinə başlayıblar. Tiaqonun tezliklə Braziliya klubu ilə müqavilə bağlayacağı gözlənilir. Transfer yayda, futbolçunun "mavilər"lə müqaviləsi bitəndə rəsmiləşəcək.

İngiltərə Premyer Liqasının bu mövsümündə 39 yaşlı müdafiəçi 27 matçda iştirak edib, 3 qol vurub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq