AZ

“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”

“Hər kəsə həyat bir cür çatır. Adam var ki, özündən hədsiz razıdır. Adam da var ki, mənim kimi sadədir, insanlığı var. Xalqın pulunu qazanıb yeyirlər, xalqı bəyənmirlər. Qınlarından çıxırlar, qınlarını bəyənmirlər. O zaman getməyin də xalqın toylarına, məclislərində oxumayın da. Pulları yaxşıdır özləri pisdir? Bilmirəm özlərini kimlərdən qoruyurlar, kimdən çəkinirlər? Vallah onları başa düşmürəm. Hərənin bir cür xasiyyəti var. Sonradan görmüş adam tez qudurur. İnsanın gərək zatı, kökü olsun, görüb-götürmüş olsun. O xalqdan soruşmaq lazımdır ki, bunlar sizi bəyənmir, niyə onları toya aparıb çörək verirsiniz?”
 
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
“55 ildir qarmonun üstündə oxşayıb ağlayıram. Birazdan çənəm də qarmona dəyəcək. Mənə indiyə qədər bir adam heç nə bağışlamayıb. Bütün günü efirlərdə müğənnilərə hədiyyə bağışlayırlar. Onlarda yəqin ki, nəsə var da. Özləri öz işlərini yaxşı bilirlər. Boş-boşuna adam adama heç nə verməz. Gedim1 manat istəsən kimdənsə, deyər ki, yoxumdur. Sənətlə o yerə gəlib çatmaq olmur. Şəxsən mən özümdən danışıram. Qarmonla heç nə etmək olmur. Bunun kommunalı var, toyu var, yası var, yeməyi var, uşaq var, nəvə var. Onları güc-bəla ilə həll edirəm. Onlar efirə çıxan kimi villaları da olur, maşınları da. Görməmişəm, hələ mənə gəlib çatmayıb” deyə Gövhər Rzayeva deyib.
Gövhər xanım bildirib ki, sənətçilərin bir çoxları özündən razıdır.
“Heç vaxt özümdən razı olmamışam. Allahın mənəm-mənəm deyən insanlardan xoşu gəlmir. Mən də adi bir insanam. Xalqın içindən çıxmışam. Səhnədə əməkdar artist Gövhər Rzayeva ola bilərəm, həyatda adi biriyəm. Mənəm-mənəm deyənlərin başına Allah bir qapaz vurur ki, çox özündən razı olma! Mənəm-mənəm dediyi sözlərin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən” deyə sənətkar bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8285
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5328
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5159
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4884
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4690
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3814
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3106
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2860
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2799
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2775
Sabah 20 dərəcə isti olacaq
2708
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2302
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2274
Röyanın biabırçı videosu yayıldı
2254
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2093
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1881
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1692
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1689