AZ

PLOS One: Marsda pomidorun məhsuldarlığı ikiqat artıq ola bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Vageningen Universitetinin alimləri idarə olunan istixanada təcrübələr aparıblar və simulyasiya edilmiş Mars torpaq şəraitində məhsul məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra biliblər. Bu uğur aralıq əkin kimi tanınan üsulla əldə edilib.

Aztibb.az xəbər verir ki, “PLOS One” jurnalına görə, təcrübədə albalı pomidoru, noxud və yerkökü qablarda birlikdə böyüdülüb. Maraqlıdır ki, digər bitkilərlə birlikdə yetişdirilən pomidorlar monokulturalı pomidorlarla müqayisədə iki dəfə məhsuldarlıq artımı göstərib. Onlar nəinki daha böyük meyvələr veriblər, həm də daha erkən çiçək açıb və daha güclü gövdəli olublar.

Lakin noxud və yerkökü məhsuldarlığında aralıq əkinlərdə ciddi artım müşahidə olunmayıb.

Tədqiqatın aparıcı müəllifi, astrobioloq Rebeka Qonsalves bildirib ki, bu, əsaslı tədqiqatdır və nəticələr gözlənilməz olub: “Bizim növbəti vəzifəmiz ən səmərəli sistemi yaratmaq üçün şəraiti daha da araşdırmaq və optimallaşdırmaqdır".

Bu təcrübə NASA tərəfindən hazırlanmış, faydalı bakteriyalar və qida maddələri ilə zənginləşdirilmiş simulyasiya edilmiş Mars torpağında aparılıb. İstixanada qazların, temperaturun və rütubətin idarə edilməsi Marsda olan daha uyğun şərait yaratmağa kömək edib.

İnsanların Marsa göndərilməsi ideyasının fantaziya olaraq qalmasına baxmayaraq, bu kimi araşdırmalar alimlərə ərzaq təhlükəsizliyini təmin etmək cəhdlərində stimul verir.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla