AZ

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb.

“Report” xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasının nəticələrinə əsasən “The Guardian” qəzeti verib.

Torilər artıq müxtəlif dövlət orqanlarında – bələdiyyə, yerli və regional şuralarda 448-dən çox yer itiriblər, yəni 2021-ci il seçkiləri ilə müqayisədə, demək olar, yarısını. Hakim partiya yalnız 479 regional mandatı özündə saxlaya bilib.

Bu göstəriciyə görə, onu təkcə müxalif Leyboristlər Partiyası (1 026 yer, +173 mandat) deyil, həm də Liberal Demokratlar Partiyası (505 yer, +101 mandat) ötüb. 224 mandat müstəqil namizədlərin (+92), 159 mandat Yaşıllar Partiyasının (+65 yer) nümayəndələrinin nəzarətinə keçib.

Səsvermənin yekun nəticələri şənbə günü açıqlanacaq. Digərləri ilə yanaşı, London, Böyük Mançester, Liverpul və digər şəhərlərin merləri vəzifələrinə seçkilərin qaliblərinin adları açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla