AZ

Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi

Beynəlxalq kredit reytinq agentliyi S&P Türkiyənin kredit reytinqini "B"dən "B+"a yüksəldib və reytinq proqnozunu "müsbət" olaraq saxlayıb.

Açıqlamada, Türkiyədə yerli seçkilərdən sonra xarici tarazlığın təsiri ilə pul, maliyyə və gəlir siyasətləri arasındakı koordinasiyanın yaxşılaşacağı, daxilolmaların artacağı, cari əməliyyatlar kəsirinin düşəcəyi və yaxın 2 ildə inflyasiyanın və dollarlaşmanın azalması proqnozlaşdırılır.

Açıqlamada, cari əməliyyatlar kəsirinin azaldığı və dollarlaşmanın tərsinə döndüyü bir mühitdə siyasətçilər inflyasiyanı azaltsalar və lirəyə inamı bərpa edə bilsələr, Türkiyənin kredit reytinqinin daha da yüksəldilə biləcəyi qeyd olunub.

Ölkə iqtisadiyyatı ilə bağlı proqnozların da yer aldığı açıqlamada Türkiyə iqtisadiyyatının bu il və gələn il 3 faiz böyüməsinin gözlənildiyi bildirilib.

Açıqlamada bildirilib ki, ölkədə istehlak qiymətləri artımının bu il 55,8 faiz, gələn il isə 27,3 faiz olacağı proqnozlaşdırılır.

S&P ötən ilin dekabrında Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləsə də, reytinq proqnozunu "sabit"dən "müsbət"ə dəyişmişdi.

Digər reytinq agentliyi Moody's yanvarda proqnozu "sabit"dən "müsbət"ə dəyişib, Fitch Ratings isə mart ayında Türkiyənin kredit reytinqini artırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
2
Mənbələr
Şərh ()
Bağla