AZ

İki futbolçu Premyer Liqa komandasının sıralarına döndü

Premyer Liqanın 33-cü turunda "Sabah"ı qəbul edəcək "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən ötən tur "Zirə"yə qarşı oyunda iştirak etməyən İsmail Azzaui və Orxan Əliyev də bugünkü çalışmalara qatılıb.

Əliyevin zədəsi tam sağalmasa da, legioner yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxacaq gücdədir.

"Araz-Naxçıvan" - "Sabah" oyunu mayın 5-də "Liv Bona Dea Arena"da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla