AZ

"Ramil ya cinahda oynayacaq, ya da ehtiyat skamyasında oturacaq"

Türkiyədə mətbuatı “Kocaelispor”un Birinci Liqanın 33-cü turunun “Bodrumspor”a qarşı keçirəcəkləri oyun üçün ehtimal olunan start heyətini müzakirə edərkən, komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin performansına da toxunublar.

Sportinfo.az xəbər verir ki, “Kocaeli Koz” qəzeti millimizin üzvünün əsas heyətə düşmək ehtimalından bunu yazıb:

"Yəqin ki, qarşıdakı oyunda baş məşqçi Mustafa Gürsel Ramil Şeydayevin mövqeyini dəyişəcək. Ramil ya cinahda oynayacaq, ya da ehtiyat oyunçular skamyasında oturacaq.

Çünki Şeydayev əvvəlki matçda hücumun ön xəttində kifayət qədər ağır görünürdü. Çox güman ki, bu rolu Davit Sxirtladze üstünə götürəcək”.

Türkiyə birinci liqasında “Kocaelispor” 32 turdan sonra 55 xalla 4-cü pillədədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla