AZ

Oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul etdi - İcraiyyə Komitəsi

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.

Sportinfo,.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər.

Əvvəllər maksimum say 23 oyunçu idi.

Qeyd olunur ki, yarış reqlamentinə uyğun olaraq, Avro-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəhbər orqanına təqdim edilməlidir.

Avropa çempionatının final oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
Mənbələr
Şərh ()
Bağla