AZ

3400 dollara klaviatura?

Yəqin ki, az adam adi görünən klaviatura üçün 3400 dollar ödəməyə hazırdır. “Seneca” modelinin qiyməti hazırda bu qədərdir. Onu da bildirək ki, cihazda qiymətli metallar və almazlar yoxdur. Bu halda belə yüksək qiymət unikal düymələrlə əsaslandırılır.

Belə ki, klaviaturanın düymələri unikal mexanizm sayəsində tamamilə səssiz basılır. “Seneca” tərtibatçısı üç əsas xüsusiyyət arasında mükəmməl tarazlığı tapıb: səssizlik, düymələrin yapışmadan hərəkət etməsi və müxtəlif endə olan düymələrə dəstək. “Hazırlanması zamanı bir parametrin optimallaşdırılması digər ikisinin pisləşməsinə səbəb olurdu. Mükəmməl tarazlığa nail olmaq üçün düz beş il vaxt tələb olundu”,-deyə şirkət açıqlayıb.

Adətən, hətta amortizatorlu stabilizatorlardan istifadə edilmiş ən səssiz klaviaturalarda belə yüngül kliklər eşidilir. “Seneca” isə tamamilə səssizdir, lakin qiyməti son dərəcə yüksəkdir. 2024-cü ilin yayında klaviatura satışa çıxarılacaq.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla