AZ

G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yardım paketini nəzərdən keçirəcək

G7 ölkələri Ukraynaya 50 milyard dollarlıq yeni yardım paketi ayırmağı nəzərdən keçirəcək.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, ABŞ iyunda G7 sammitinin iclasının keçirəcək.

Bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivləri hesabına kompensasiya edilməsi planlaşdırılır.

Agentliyin mənbələri dəqiqləşdirib ki, danışıqlar çətin gedir və razılığa gəlmək bir neçə ay çəkə bilər.

ABŞ-nin maliyyə naziri Janet Yellen Kiyevə yardım paketi üzrə danışıqların aparıldığını təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
Mənbələr
Şərh ()
Bağla