AZ

Türkiyədə inflyasiya 70%-ə yaxınlaşıb

Türkiyədə aprel ayının sonunda inflyasiya 3,18% sürətlənərək illik ifadədə 69,8%-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Milli Statistika İnstitutunun məlumatında deyilir.

Nəticə aprel ayında istehlak qiymətlərinin 3,22% artacağını proqnozlaşdıran analitiklərin gözləntilərindən bir qədər yaxşı olub.

Ən çox bahalaşma isə quş əti (13,57%), təzə meyvə (13,12%) və siqaretin (10,53%) olub. Yataq otağı mebelləri 7,38%, uşaq geyimləri isə 6,48% bahalaşıb.

Bu arada bəzi malların qiymətləri xeyli aşağı düşüb. Belə ki, tərəvəz (kartofdan başqa) 8,28%, yumurta və ondan hazırlanan məhsullar 6,48%, marqarin 1,17% ucuzlaşıb.

Türkiyə Maliyyə Nazirliyi ölkədə inflyasiyanın iyun ayından sürətlə azalmağa başlayacağını və ilin sonuna kimi 36%-ə çatacağını gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla