AZ

BMT-dəki daimi nümayəndələri COP29-a dəvət olunub

Bakı. Trend:

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar ƏliyevAzərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinəünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakıhəmkarlarına çatdırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı daiminümayəndəliyi bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda AzərbaycanRespublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, YeniZelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya,Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarınaünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsitərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuşhörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın BMT yanındakıdaimi nümayəndəliyi qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilinnoyabr ayında Azərbaycanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla