AZ

Çexiya da Rusiyanı dövlət portallarına haker hücumlarında ittiham edib

...Deməli Almaniyadan sonra, Çex Respublikasının Xarici İşlər Nazirliyi də Rusiyanıbütün ölkə ərazisində dövlət qurumlarına qəsdən hücumlar etməkdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq bəyanat Çexiya Xarici İşlər Nazirliyinin saytında yer alıb.

...Praqada onlar hesab edirlər ki, bəzi qurumlar, siyasivə digər təşkilatlar Microsoft Outlook xidmətindəki boşluqlardan istifadə edərək kiberhücumların “qurbanı” olublar.

Bu zaman diplomatların sözlərinə görə, ART28 (Fancy Bear) texnologiyalarından istifadə edilib.

Xarici İşlər Nazirliyi təfərrüatları açıqlamaqdan imtina edib və haker hücumundan zərər çəkən konkret qurumların adını çəkməyib, lakin bu hadisənin ölkədə milli təhlükəsizliyə, eləcə də demokratik proseslərə təhlükə yaratdığını vurğulayıb.

…Çexiyanın xarici işlər naziri Yan Lipavski də öz növbəsində baş verənlərə görə Rusiyanı məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini hakim Sosial Demokrat Partiyasının elektron poçtuna kiberhücumla əlaqədar çağırmışdı.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla