AZ

Orban Aİ liderlərinin Avropada müharibənin yayılması ilə bağlı sözlərini tənqid edib

Avropa İttifaqı ölkələrinin liderlərinin Avropadakı müharibə ilə bağlı söhbətləri onların real niyyətlərini göstərir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunda məlumat verib.

O, Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin bu yaxınlarda verdiyi bəyanatı xatırladıb ki, müharibənin Avropaya yayılması artıq fantaziya deyil. Orban Polşanın xarici işlər naziri Radoslav Sikorskinin münaqişənin diplomatik həlli olmadığını və yalnız müharibə yolu ilə həll oluna biləcəyini söyləyən sözlərini də misal çəkib.

O, xəbərdarlıq edib ki, liderlərin sözləri boş ifadələr deyil, real siyasi niyyətlər və düşüncələrdir. Macarıstanın baş naziri hesab edir ki, Avropa odla oynayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla