AZ

Dənizdə itkin düşən 3 rusiyalı hərbçinin axtarışı üçün havaya HELİKOPTER QALDIRILDI

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə itkin düşən 3 rusiyalı hərbçinin axtarışında helikopterlərdən istifadə edildiyini bildirib.

Bu barədə nazirliyin rəsmi məlumatında qeyd edilib.

Qeyd olunur ki, aprelin 30-da günorta saatlarında Krımdakı hərbi hissələrdən birinin 3 hərbçisi  rezin qayıqla açıq dənizə çıxıb. Külək onları dənizə atıb, bundan sonra axtarış tədbirləri görülüb.

“ Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları motorlu qayıqda axtarış aparıb, nəticə verməyib”, - Müdafiə Nazirliyi qeyd edib.

Axtarışlara Qara Dəniz Donanmasının helikopterləri və Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri də cəlb olunub. Bundan əlavə, qaranlığın başlaması ilə hərbçilərin axtarışı üçün Qara Dəniz Donanmasının üç əlavə qayığı gətirilib. Axtarış fəaliyyətləri bu günə qədər davam edir.

Bundan əvvəl Şimali Osetiya rəhbəri Sergey Menyailo Şimali Osetiyadan olan çağırışçı üç əsgərin avarçəkən qayıqla Krımda açıq dənizə çıxdığını və yoxa çıxdığını bildirmişdi . Onun sözlərinə görə, əsgər anaları ona yaxınlaşıb. Menyailo qeyd edib ki, sahil zonasında aparılan axtarışlar nəticə verməyib. Hərbi prokurorluqla əlaqə saxlamaq qərara alınıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla