AZ

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Rusiyanın Beynəlxalq Valyuta Fondundan (BVF) çıxması digər ölkələrin təşkilatı tərk etməsinə, onu qlobal statusundan məhrum etməsinə səbəb ola bilər. 

Valyuta.az xəbər verir ki, bu fikri BVF-nin Rusiya Federasiyası üzrə icraçı direktoru Aleksey Mojin RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, BVF-nin əsas səhmdarları Rusiyanın ən qatı düşmənləridir, lakin onlar başa düşürlər ki, Moskva fondu tərk edərsə, fond qlobal qurum olmaqdan çıxacaq.

O, hesab edir ki, Rusiyanın hazırda BVF-dən heç nəyə ehtiyacı yoxdur, amma sənədlərdən və informasiya əldə etməkdən fayda var.

Mojinə görə Rusiyanın Beynəlxalq Valyuta Fondundan çıxması Moskvanın dəstəyinə ehtiyacı olan ölkələrin mövqeyini zəiflədəcək. İcraçı direktor izah edib ki, BVF-nin direktorlar şurasında Qərb və qeyri-Qərb ölkələri üçün hər biri 12 yer var və səslərin paylanması təxminən 60-40% Qərb ölkələrinin xeyrinədir.

Mayın 2-də Mojin Rusiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankın nümayəndə heyətinin rəhbərlərinin ABŞ-a görə BVF konfransında iştirak etmədiyini bildirib.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla