AZ

Rusiya şəkər ixracına qadağa qoydu

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Rusiya hökuməti yayıb.

 

Açıqlamada ölkənin ərzaq bazarında sabitliyin qorunması üçün şəkər ixracı ilə bağlı tədbirlərin görüldüyü bildirilib.

 

Müvafiq olaraq, 31 avqust 2024-cü il tarixinədək şəkər ixracına qadağa qoyulsa da, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən güzəştlər edilib.

 

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
29
Mənbələr
Şərh ()
Bağla