AZ

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Volodimir

Kiyev, 3 may, AZƏRTAC

Ukrayna Rusiya Federasiyası ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir. Düşmən hücum əməliyyatlarını genişləndirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Sərhəd Xidməti Günü münasibətilə sərhədçilərə müraciətində söyləyib.

“Bu gün artıq müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni Ukrayna şərtləri əsasında ədalətli şəkildə başa çatdırmaq üçün hələ keçilməli olan yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik, işğalçı hücum hərəkətlərini genişləndirmək cəhdinə hazırlaşır”, - deyə Zelenski əlavə edib.

O bildirib ki, bu gün bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
Mənbələr
Şərh ()
Bağla