AZ

Meymun heyvanlar arasında ilk dəfə yara sağaltmaq üçün bitkidən istifadə etdi - FOTO

Sumatralı erkək oranqutan üzünün yarasını müalicə etmək üçün dərman bitkisindən istifadə edib. 

HİT.az "Sky News"a istinadən xəbər verir ki, bu, vəhşi heyvanın müalicəvi xüsusiyyətləri məlum olan bitkidən istifadə edərək yara müalicə etməsi ilə bağlı ilk təsdiqlənmiş hadisədir. Araşdırmanın nəticələri bu həftə "Scientific Reports" jurnalında dərc olunub.

Qeyd edilir ki, alimlər Rakus adlı erkək Sumatra oranqutanının Akar Kuninq kimi tanınan bitkinin yarpaqlarını seçmə yolu ilə qoparıb çeynədiyini, daha sonra əldə edilən qarışığı sağ gözünün altındakı zədələnmiş nahiyəyə dəqiqliklə çəkdiyinin şahidi olublar. 

Tədqiqatçılar əlavə edib ki, sonrakı günlərdə infeksiya əlamətləri aşkar edilməyib və yara beş gündən az müddətdə bağlanıb, bir ay ərzində tamamilə sağalıb.

Cənub-Şərqi Asiyanın tropik meşələrində bitən Akar Kuninq bitkisi ağrıkəsici və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır və ənənəvi tibbdə dizenteriya, diabet və malyariya kimi xəstəliklərin müalicəsində tez-tez istifadə olunur.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla