AZ

Dövlət Komitəsində AİPA Baş katibi ilə görüş keçirilib » AzadMedia.az


3 may 2024-cü il tarixində Bahar Muradova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.


Qonaqları salamlayan Bahar Muradova görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. O, ölkəmizin evsahibliyi ilə keçirilən Forumun əhəmiyyəti, orada müzakirə olunan mövzuların aktuallığı və faydalılığı barədə danışıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Forumun dünyanın müxtəlif nöqtələrindən olan insanları bir araya gətirərək faydalı əməkdaşlıqlar üçün yeni imkanlar yaratdığını söyləyib.


Komitə sədri Asiyanın fərqli mədəniyyətləri özündə birləşdirdiyini qeyd edərək, Baş katibin bu coğrafiyada beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib. O, ölkə parlamenti ilə Assambleya arasında uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu və daha da inkişaf etdiyini əlavə edib.


B.Muradova Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycanın çoxtərəfli əməkdaşlıq sahəsində imkanlarının genişləndiyini, eyni zamanda bu platforma çərçivəsində qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.


Ölkəmizdə səfərdə olan baş katib Siti Rozaimeriyanti səmimi qəbula görə təşəkkürünü bildirib, bu günlərdə ölkəmizdə keçirilən beynəlxalq Forumun, eləcə də bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib. O, müxtəlif istiqamətlərdə əlaqələri intensivləşdirməkdə maraqlı olduqlarını diqqətə çatdırılıb.


Görüş zamanı Azərbaycan və AİPA arasında əməkdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
Mənbələr
Şərh ()
Bağla