AZ

Sürücülərin DİQQƏTİNƏ: Hava limanı yolunda Sürət həddi endirildi

Müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Aeroport yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakıvaxtı.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, – Mərkəz qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
49
Mənbələr
Şərh ()
Bağla