AZ

Türk xanının xəzinəsi tapıldı – Foto

Ukraynanın Odessa vilayətində Krım Xanlığı dövrünə aid qədim gümüş sikkələr olan küp tapılıb.

Teleqraf.com xəbər verir ki, küp Podilsk rayonunda tarixçi Sergey Kosan tərəfindən aşkar olunub.

Tapıntı 1480-ci illərdə I Məngli Gəray Xan dövründə Krımda zərb edilmiş 140 gümüş sikkədən (akça) ibarətdir.

Tarixçinin fikrincə, xəzinə çox güman Krım tatarlarının Podilə hücumları zamanı gizlədilib.

Tapıntı tədqiq edilir. Daha sonra onun Podilsk Tarix Muzeyinə verilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla