AZ

Ərdoğan: Siyasətin yumşalma dövrünə girdiyini görürük

Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra gündəmlə bağlı sualları cavablandırıb.

News24.az xəbər verir ki, CHP sədri Özgür Özəl ilə görüşündən danışan prezident Ərdoğan, "Atılan bu addımla ölkəmizdə siyasətin çox daha yumşaq bir dövrə girdiyini görürük. Türkiyədə siyasətin yumşalma prosesinə başladaq" deyib.

Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Özgür bəyin CHP sədri olduqdan sonra belə bir səfər etməsi iqtidarla ana müxalifət arasında müsbət haldır. Təəssüf ki, əvvəlki proseslərdə belə addımlar atılmayıb. Bu addımın atılması ilə biz ölkəmizdə siyasətin çox daha yumşaq bir dövrə girdiyini görürük.

İSRAİL İLƏ TİCARƏTİN DAYANDIRILMASI

Netanyahu amansızdır. Biz lazım olan addımları atdıq. Aramızda 9,5 milyard dollarlıq ticarət dövriyyəsi olub. Bu ticarət həcminin olmadığını düşünərək bu qapını bağladıq. Gələcək sizin üçün xeyirli olsun”.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla