AZ

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

“Bavariya” bu mövsümün sonunda Münhen klubundan ayrılacaq Tomas Tüxelin yerinə “Mançester Yunayted”ə başçılıq edən Erik ten Haqın namizədliyini nəzərdən keçirir.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Kristian Falk məlumat verib.

Onun sözlərinə görə, “qırmızı şeytanlar” Tüxellə maraqlanır, onun da “Mançester Yunayted”də işləməyə münasibəti müsbətdir. Almaniyalı mütəxəssisin “Real Madrid”lə Çempionlar Liqasının ikinci yarımfinal matçı keçirilməyənə qədər İngiltərə klubu ilə danışıqlar aparmaq istəmədiyi vurğulanır. Oyun mayın 8-də baş tutacaq.

Xatırladaq ki, “Bavariya” əvvəllər yeni baş məşqçi postuna Avstriya millisinə rəhbərlik edən Ralf Ranqniki nəzərdən keçirsə də, o, bundan imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
18
Mənbələr
Şərh ()
Bağla