AZ

Rusiyada hərbi qəbiristanlıq meşə hesabına genişləndirilir – Ölənləri basdırmağa YER YOXDUR

Mıtişidə “Müdafiəçilər Panteonu” əsas hərbi qəbiristanlığı meşə hesabına genişləndiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Müharibə başlayandan sonra buraya təkcə Ukraynada həlak olanların dəfnləri sektorunda 900-dən çox məzar əlavə edilib. Müdafiə Nazirliyi abidəni 2023-cü ildə genişləndirməyi planlaşdırırdı.

Plana uyğun olaraq 17 hektar meşə sahəsi kəsilməlidir.

Xatırladaq ki, bu qəbiristanlıq cəmi 10 il əvvəl açılıb. Onun sahəsi 52,24 hektar idi və 200 illik xidmət üçün nəzərdə tutulmuşdu. Amma 2024-cü ildə hərbçiləri basdırmağa artıq yer yoxdur. Və Rusiya Müdafiə Nazirliyi hər gün İtki yoxdur deyir.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
Mənbələr
Şərh ()
Bağla