AZ

10 min insan təxliyə ediləcək

İndoneziyanın Şimali Sulavesi əyalətindəki Ruanq adasında təxminən 9800 insan yaşayır, lakin vulkan lava və kül püskürməyə davam etdiyi üçün son həftələrdə bütün sakinlər ərazini boşaltmalı olublar.

News24.az xəbər verir ki, partlayışlar ada ilə bağlı narahatlıqları artırdıqdan sonra İndoneziya hökuməti təxminən 10 min sakini daimi olaraq başqa bölgələrə köçürəcəyini açıqlayıb.

TSUNAMİ XƏBƏRDARLIĞI

Səlahiyyətlilər bu həftə vulkanın həyəcan vəziyyətini ən yüksək səviyyəyə qaldıraraq, Manado əyalətinin hava limanını bağladılar və həmçinin dağın hissələri ətraf sulara çökərsə, mümkün sunami xəbərdarlığı ediblər.

İnsan İnkişafı Koordinatoru Muhadjir Effendy vulkan məsələsini müzakirə etmək üçün Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, yerdəyişməni asanlaşdırmaq üçün Bolaang Monqondow bölgəsində yüzlərlə "sadə, lakin daimi" evlər tikiləcək.

RUANQDA ARD-ARDAI PARTLAMALAR

Ruanq dağı keçən ay püskürməyə başlayıb və ekspertlər püskürmələrə dərin dəniz zəlzələləri də daxil olmaqla, seysmik aktivliyin artması səbəb olduğunu bildirib.

Çərşənbə axşamı dağda yenidən partlayış baş verib və bəzi evlərə ziyan dəyib. Sakinlər əvvəlcə sığınacaq axtardıqları Taqulandang adasından əyalətin paytaxtı Manadoya təxliyyə etmək məcburiyyətində qalıblar.

İndoneziya çoxlu tektonik plitələrin qovuşduğu yüksək seysmik aktivlik bölgəsi olan "Sakit Okean Atəş Halqası" adlanan ərazidə yerləşir.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla