AZ

Səudiyyə Ərəbistanından Cennaro Qattuzoya təklif

Fevralda "Marsel"lə yollarını ayıran baş məşqçi Cennaro Qattuzonun Səudiyyə Ərəbistanı klubundan rəsmi təklif aldığı iddia edilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qattuzonun gələn mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında çalışacağı ehtimalı var.

Ərəbistandan təklif alan 46 yaşlı çalışdırıcı fikirləşmə mərhələsindədir.
Həmçinin italiyalı çalışdırıcı ilə ölkəsinin komandalarından olan "Torino"nun da maraqlandığı deyilir.

Sonuncu dəfə Fransanın "Marsel" komandasını çalışdıran Cennaro Qattuzo bu komandada keçirdiyi 24 oyunda 9 qələbə, 8 heç-heçə və 7 məğlubiyyət əldə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla