AZ

ABŞ Rusiyalı oliqarxa bağlı şirkəti sanksiya siyahısından çıxardı

Birləşmiş Ştatlar Maltada biznes aviasiya operatoru olan “Emperor Aviation” şirkətini Rusiya əleyhinə sanksiya siyahısından çıxarıb.

Musavat.com xəbər verir ki, bu haqda məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

Sənədə əsasən, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Dağıstandan olan senator Süleyman Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqəli olan “Emperor Aviation” aviaşirkəti sanksiyalardan azad edilib. Bundan əlavə, bu aviaşirkətlə əlaqəli 7 təyyarə sanksiya siyahısından çıxarılıb.

Qeyd edək ki, “Emperor Aviation” və onunla əlaqəli biznes təyyarələri 2022-ci ilin noyabrında ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edilmişdi. Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi onunla “adi qaydada həyata keçirilən mülki aviasiyanın təhlükəsizliyini təmin etmək üçün malların, texnologiyanın və ya xidmətlərin təhlükəsizliyinin təmin edilməsi, ixracı və ya təkrar ixracı üçün zəruri olan əməliyyatlara icazə verən ümumi lisenziya" tətbiq etmişdi.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, “Emperor Aviation”un Moskva və Maltada ofisləri var.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla