AZ

"Balıqçılıq fəaliyyəti” adı altında ölkəyə 87 kq narkotik gətirərkən yaxalandı – TƏFƏRRÜATVİDEO

Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb. Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Sadiq Ələkbərov "Səid" adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Biləsuvarda keçirilən əməliyyat tədbirləri nəticəsində isə paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq 140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat vasitəsindən ümumilikdə 4 kiloqram tiryək, heroin, marixuana və metadon həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla