AZ

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

Bakı. Trend:

Mədəniyyət naziri Adil Kərimli mayın 3-də Şri-Lankanınbuddhasasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayakeilə görüşüb.

Trend xəbər verir ki, Adil Kərimli Azərbaycanınmədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib, bu ilaltıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası DialoqForumunun əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətlitədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasıTərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyiedəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanınətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssasmünasibətinə verilən qiymət olduğunu deyib.

Nazir Vidura Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə vənümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünübildirib.

Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqlabağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlızəngin ənənələrə malik olduğunu deyən şri-lankalı nazir bu sahəüzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətəçatdırıb.

Vidura Viçramanayake Azərbaycanın mədəniyyət naziriniŞri-Lankaya rəsmi səfərə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla