AZ

Autizm üçün qaçış xeyriyyə aksiyası keçiriləcək



Qazaxıstanda “Autizm üçün qaçış” xeyriyyə yarışı keçiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, aksiya Astana administrasiyasının təşkilatçılığı ilə mayın 18-də baş tutacaq.

Belə ki, 1 km, 2,5 km, 5 km, 10 km məsafələrə qaçmağı sevənlər üçün ümumşəhər idman tədbiri təşkil olunacaq. Aksiyada sağlamlıq vəziyyətinə görə yuxarıda qeyd olunan məsafələri qət edə bilən, yaşı 12-dən yuxarı olan istənilən Astana sakini və qonağı iştirak edə bilər.

Yarışın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkədəki autizm probleminə cəlb etmək və paytaxtda kütləvi idmanı inkişaf etdirməkdir.

Aksiyadan əldə edilən bütün gəlir inklüziv təhsilin inkişafına, autizmli uşaqların dəstəklənməsinə yönəldiləcək.

Anar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla