AZ

“Binə Çörək Zavodu”nda nöqsanlar aşkarlanıb - FOTO

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur şəhərtipli qəsəbəsində Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.

Yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumata görə, faktla bağlı inzibati protokol tərtib olunub, müəssisə rəhbərliyinə nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
15
Mənbələr
Şərh ()
Bağla