AZ

Nasser Əl-Xelaifi PSJ-nin futbolçuları ilə ünsiyyətdən imtina etdi

PSJ prezidenti Nasser Əl-Xelaifi Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə ilk yarımfinal oyunundan sonra davranışı ilə gündəmə gəlib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Fransa nəhənginin səfər oyununda “Borussiya”ya 0:1 hesablı məğlubiyyətindən sonra, Əl-Xelaifi komandanın futbolçuları ilə söhbət etməkdən imtina edib.

Mənbənin məlumatına görə, Nasser Əl-Xelaifi komandanın bir qol fərqini aradan qaldırmaq üçün münasib vəziyyətdə olduğunu və evdəki cavab oyununda qalib gələ biləcəyini düşündüyü üçün “parislilər”in paltardəyişmə otağında ruhlandırıcı nitqlə çıxış etməmək qərarına gəlib.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Borussiya”nı mayın 7-də Parisdə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Vurğulayaq ki, Çempionlar Liqasının cari mövsümündə “Borussiya” və PSJ artıq qrup mərhələsində üz-üzə gəliblər. Parisdə “Borussiya” Fransa nəhənginə 0:2 hesabı ilə məğlub olub, Dortmunddakı oyundan isə komandalar sülhlə ayrılıblar – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla