AZ

Rusiya ordusu Nigerdəki Amerika bazasına yerləşib?

2023-cü ilin iyulunda baş verən çevrilişdən sonra Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xunta ABŞ-dən minə yaxın əsgərini ölkədən çıxarmağı tələb edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Nigerə gələn rus qoşunları isə Niamey şəhərinin Diori Hamani Beynəlxalq Hava Limanı yaxınlığındakı 101 saylı aviabazada ayrıca anqar tutublar. Bu barədə adının çəkilməsini istəməyən ABŞ müdafiə rəsmisi bildirib.

Keçən il Niger ölkə hakimiyyətinə islamçı üsyançılarla mübarizədə kömək edən Fransa və Avropa İttifaqı ilə hərbi müqavilələri kəsib. 2024-cü ilin martında xunta ABŞ ilə imzalanan razılaşmanı da pozub. Bu razılaşmaya əsasən, ölkədəki iki bazada minə yaxın amerikalı əsgər yerləşdirilmişdi.

Adının açıqlanmasını istəməyən amerikalı məmur bildirib: "Bu, çox yaxşı vəziyyət deyil, lakin qısa müddətdə idarə oluna biləcək".

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Rusiya hərbçilərinin Amerika aviabazasına gəlməsi ilə bağlı "Reuters" agentliyinin sualını cavablandırarkən deyib ki, rus qoşunları ayrıca kompleksdədir və Amerika qoşunlarına və ya texnikasına çıxışı yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
30
Mənbələr
Şərh ()
Bağla