AZ

"Araz-Naxçıvan"ın zədəliləri komandaya qoşuldu

Misli Premyer Liqasının XXXIII turunda "Sabah"ı qəbul edəcək "Araz-Naxçıvan" hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, zədə səbəbindən ötən tur "Zirə"yə qarşı oyunda iştirak etməyən İsmail Azzaui və Orxan Əliyev də bugünkü çalışmalara qatılıb. Əliyevin zədəsi tam sağalmasa da, legioner yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxacaq gücdədir.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah"oyunu mayın 5-də "Liv Bona Dea Arena"da keçiriləcək. Saat 19:00-da start götürəcək matç CBC Sport-la canlı yayımlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
5
Mənbələr
Şərh ()
Bağla