AZ

“Mən yer davası edən futbolçu deyiləm”

“Əlbəttə, hər bir futbolçu “11-lik”də olmaq istəyir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Emmanuel Apeh deyib.

Nigeriyalı legioner cari mövsüm 31 oyunun 26-da meydana çıxıb. Afrikalı forvard bunların yalnız 12-də əsas heyətdə yer alıb.

O, “Sabah”da özünü necə hiss edirmi? Səbəbkarı dinləyək:

“Daha çox şans qazanmaq mənə də xoş olar. Amma yer davası edən futbolçu deyiləm.

Narahat olsam belə, bunu problemə çevirmirəm. Vacib olan komandamızın nəticə qazanmasıdır.

Biz bir ailəyik, hamımız “Sabah”ın uğurlarına köklənmişik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
sportinfo.az

1Mənbələr

Şərh ()
Bağla