AZ

Göyçayda qəzalı vəziyyətdə olan körpülər nə vaxt bərpa olunacaq? – RƏSMİ CAVABVİDEO

Göyçay rayonunda çala-çuxurlu yollar, qəzalı körpü, gediş-gəliş çətin yaradır.

Xezerxeber.az xəbər verir ki, rayonun Qaraməryəm-Müsüslü avtomobil yolu hələ sovetlər dönəmində çəkilib.

Yolun üzərində bir neçə körpü var. Həmin körpülərdən birincisi Aşağı Qaraməryəm kəndi ərazisindən keçən hissəsində yerləşir. Sakinlər və sürücülərin sözlərinə görə, uzun illərdir bu körpüdən istifadə edirlər. Lakin son illər yolun asvalt qatı dağıldığı kimi, körpünün üst qatı dağılıb.

Sakinlər deyir ki, ötən ilin avqust ayında gələn güclü sel həmin yolda olan körpüləri qəzalı vəziyyətə salıb.

Yolun yararsız olması sakinlərlə yanaşı sürücüləridə narahat edir. Dediklərinə görə, maşınları tez-tez xarab olur, əlavə xərcə düşürlər.

Sakinlər onu da qeyd etdilər ki, son 20 ildə bu yolda nə əsaslı, nə də cari təmir işləri aparılıb.

Sakinlərin şikayətinə Avtomobil Yolları Dövlət Agentliyindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla