AZ

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

“Mançester Siti” klubunun oyunçusu Fil Foden İngiltərənin Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi səslərin 42 %-ni toplamaqla bu ada layiq görülüb.

“Arsenal”dan Deklan Rays və “Mançester Siti”dən Rodri ilk “üçlüy”ü qapayan futbolçulardır.

FWA-nın versiyasına görə, ilin ən yaxşı futbolçusu mükafatı Premyer Liqanın üç əsas mükafatından biridir. Mövsümün sonunda İngiltərə Peşəkar Futbol Assosiasiyası tərəfindən həmin futboçular təltif olunur.

Foden cari mövsüm “şəhərlilər”in heyətində 48 oyuna çıxıb və 24 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
Mənbələr
Şərh ()
Bağla