AZ

ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib

Rusiya və Çin,  Tayvanın potensial işğalı da daxil olmaqla, hərbi məsələlərdə daha sıx əməkdaşlıq edirlər.

 

Bloomberg xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə Milli Kəşfiyyatın direktoru Avril Hayns bildirib.

 

“Biz ilk dəfədir ki, Çin və Rusiyanın Tayvana münasibətdə birgə təlimlər keçirdiyini görürük və biz başa düşürük ki, bu, Pekinin açıq şəkildə Moskvanın onunla işləməsini istədiyi bir sahədir”, - Haynes Konqresə deyib.

 

Direktor əlavə edib ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiya və Çin arasında “həqiqətən cəmiyyətin bütün sektorları: siyasi, iqtisadi, hərbi və texnoloji sahələr üzrə” artan əməkdaşlığı göstərir.

 

Aprelin 27-də Tayvan Müdafiə Nazirliyi Çinin sərhədə çoxlu sayda təyyarə göndərdiyini açıqlayıb.

 

Müdafiə Nazirliyinin məlumatına görə, Çin hərbi təyyarələri və pilotsuz təyyarələri “birgə döyüş patrulu” çərçivəsində Çin Xalq Azadlıq Ordusunun (PLA) Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qoşulub.

 

Afət

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla